Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr edilmiş Hüquq fakültəsinin gənc alimlərin və magistrantların Elmi-praktiki konfransı
10/02/2015Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr edilmiş Hüquq fakültəsinin gənc alimlərin və magistrantların "Qloballaşma dövrü: beynəlxalq standartlar və Azərbaycan qanunvericiliyinin müasir problemləri" mövzusunda Elmi-praktiki konfransı keçirildi. Konfransda açılış nitqi ilə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransın önəmindən və onun hüquq yaradıcılığına təsirindən söz açdı. BDU-nun Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev öz çıxışında Hüquq fakültəsinin son illər ərzində imza atdığı uğurlardan, yeni təsis edilmiş inglis dilli magistratura ixtisaslarından söz açdı. Konfransın açılışında prof. Firudin Səməndərov, prof. Rüstəm Məmmədov, prof. Kamil Səlimov və prof. Firuzə Abbasova məruzələrini tədqim etdilər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
