Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün “Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq “Məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqində hüququn rolu” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
26/05/2021Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Əmir Əliyev İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olduğundan bəhs etmiş, bu sahədə “Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən söz açmışdır.
Hüquq fakültəsi dekanın sosial məsələlər və tələbələrlə iş üzrə müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Avropa Şurasının Bakı ofisində layihə rəhbəri Pərvanə Bayramova, Məhəbbət Dəmirçiyeva, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Günay Hacıyeva, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının diplomçusu, bakalavr 4-cü kurs tələbəsi Gültac İskəndərlinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Çıxışlarda məişət zorakılığının qarşısının alınması sahəsində dövlət təminatları, azadlıqdan məhrumetmə yerlərində qadın məhkumların hüquqi təminatı, məişət zorakılığı problemi və onun aradan qaldırılması üzrə tədbirlər, İnsan Hüquqları üzrə Müvəkkilin məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyəti, qadınlara qarşı zorakılığa son qoyulması: İstanbul Konvensiyasının məqsədi kimi mövzularda müzakirələr aparılıb.
200 nəfərdən çox dinləyicinin iştirakı ilə keçirilən tədbir “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyası ilə bağlı Dəyirmi masa iştirakçılarının sualları ətrafında müzakirələrlə davam etmişdir.