Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən "İqri ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi" adlı tədbir keçirilib.
06/04/2021
Tədbiri giriş sözü ilə açan Təşkilatın fakültə üzrə sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq mövzunun əhəmiyyəti və aktuallığı barədə məlumat vermişdir. Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimi Aygün Cəbiyeva mövzu ətrafında təlim keçmişdir. İrqi ayrı-seçkiliyin mahiyyətinə aydınlıq gətirilmiş, nəzəri və praktiki məsələlər müzakirə olunmuş, beynəlxalq sənədlərə istinad olunmuşdur. Daha sonra fakültənin tələbələri Tural Həsənov, Siyavuş Bağırov və Mədinə Tahirlinin "İrqçilik tarixi- insan hüquqlarının pozulması təzahürü kimi", "Diskriminasiya ilə mübarizə şəkillərdə", "İrqi ayrı-seçkilik və Beynəlxalq Hüquq" mövzularında təqdimatları baş tutmuşdur. Çıxışlarda irqi ayrı-seçkilik müxtəlif tarixi dövrlərə nəzərən dəyərləndirilmiş, müxtəlif filosofların mövzu ilə bağlı düşüncələrindən, dünyanın müxtəlif universitetlərin araşdırmalarından da bəhs olunmuşdur. Mövzunun multikulturalizm, tarix və antropologiya kimi humanitar sahələrlə inteqrasiyası müstəvisindən çıxışlar baş tutmuşdur. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam etmişdir.
