Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar "Soyqırım Cinayətinə görə Beynəlxalq Hüquqi Məsuliyyət" adlı tədbir keçirilib

31/03/2021

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin dəhşətli nəticələrindən danışıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. Ə.Əliyev Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının önəmini vurğulayıb.

Tədbir fakültənin professor-müəllim heyətinin çıxışları ilə davam etmişdir. Çıxışçılar Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Professor Kamil Səlimov, Beynəlxalq ümumi hüquq kafedrasının Dosenti Rahim Məmmədov, İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının müəllimi Əlövsət Allahverdiyev öz çıxışlarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə münasibətilə hər kəsi təbrik edərək, bu qələbənin əldə olunması yolunda ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasətindən geniş bəhs ediblər. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf stategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz ilbəil gücləndi, iqtisadi və hərbi qüdrəti durmadan yüksəldi, beynəlxalq imici möhkəmləndi. Bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində cəmi 44 gün ərzində erməni işğalçıları torpaqlarımızdan qovuldu və ərazi bütövlüyümüz təmin olundu. Natiqlər qeyd ediblər ki, erməni barbarlığının qurbanı olaraq viran qoyulmuş bu ərazilər ölkə başçısının müdrik rəhbərliyi altında qısa müddətdə əsl cənnətə çevriləcək.

Tədbirin sonunda fakültənin doktorantı Erkin Musayev ermənilərin azərbaycanlılara qarşı tarixən törətdiyi soyqırımı barədə danışaraq ermənilərin bu qanlı cinayətlərinin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin, bu qan yaddaşının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunaraq qeyd edib ki, Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu çərçivədə, ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin ifşa edilərək dünya birliyinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun verdiyi töhfələr xüsusi qeyd olunmalıdır.

Bookmark and Share