Bakı Dövlət Universitetinin Hüquq fakültəsində "Aprel döyüşləri: Vətən müharibəsindəki zəfərin təməli" adlı tədbir keçirilib.

05/04/2000

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Fakültə Tələbə Gənclər Təşkilatı tərəfindən həyata keçirilən tədbir Şəhid olmuş əsgərlərimizin ruhuna ehtiram olaraq 1 dəqiqəlik sükutla başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötdüyünü qeyd edərək,  2016-cı il Aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndiyindən danışmışdır.

Tədbir fakültənin professor-müəllim heyətinin çıxışları ilə davam etmişdir. Çıxışçılar - Xəyyam İsmayılov, Aytəkin İbrahimova, Səkinəxanım Rzayeva, Mayis Əliyev, Əsmər Əliyeva, Samirə Eyvazova, Aydın Səfixanlı öz çıxışlarında Azərbaycan  Ordusunun dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdığından, bu sevincin, qələbənin isə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu, praqmativ siyasətinin nəticəsində əldə olunduğundan bəhs etmişlər.

Qeyd olunmuşdur ki, Aprel döyüşləri Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zaman qədər yaratdığı mifi darmadağın etdi. Hələ o zaman şəhidlərimizin, qəhrəman övladlarımızın cəsarəti nəticəsində ermənilər məğlub olduqlarını etiraf etmək məcburiyyətində qaldılar. Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.

Çıxışlarda Əsirlər, mülki şəxslərlə münasibətdə kobud hüquq pozuntuları, qaçqınların statusunun beynəlxalq müqavilələrdə əksini tapması haqda məlumatlar çatdırılmışdır.

Sonda fakültə tələbələri adından 1-ci kurs tələbəsi Siyavuş Bağırov çıxış edərək Beynəlxalq Humanitar Hüquq barədə məlumatlar vermiş, qüvvədə olan Cenevrə Konvensiyasının əhəmiyyətindən danışmışdır. Azərbaycan-Ermənistan münaqişəsi illərində erməni qoşunlarının beynəlxalq hüququn ciddi şəkildə pozulmasına dair faktları işıqlandırılmışdır.

Bookmark and Share