Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Novruz bayramı münasibətilə tədbir keçirilib
19/03/2021Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev xalqımızın əziz bayramının tarixindən, baharın gəlişi, təbiətin oyanmasının rəmzi olan Novruzun bu il daha fərqli qeyd edildiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi və torpaqlarımızın düşmən tapdağından azad edilməsi xalqımızın bayram sevincini ikiqat artırıb. Baharın gəlişi Azərbaycanın dilbər guşəsi Qarabağda bərpa və quruculuq işlərinin canlanması ilə müşayiət olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı verdiyi bəyanatlar, torpaqlarımızda həyata keçiriləcək böyük layihələrin bünövrəsini qoyması xalqımızın daha xoşbəxt günlərinin müjdəsidir.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev xalqımızın əziz bayramının tarixindən, baharın gəlişi, təbiətin oyanmasının rəmzi olan Novruzun bu il daha fərqli qeyd edildiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi və torpaqlarımızın düşmən tapdağından azad edilməsi xalqımızın bayram sevincini ikiqat artırıb. Baharın gəlişi Azərbaycanın dilbər guşəsi Qarabağda bərpa və quruculuq işlərinin canlanması ilə müşayiət olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı verdiyi bəyanatlar, torpaqlarımızda həyata keçiriləcək böyük layihələrin bünövrəsini qoyması xalqımızın daha xoşbəxt günlərinin müjdəsidir. Tədbir fakültənin professor-müəllim heyətinin çıxışları ilə davam etmişdir. Çıxışçılar Aytəkin İbrahimova, Kamil Səlimov, Məhəbbət Dəmirçiyeva, Firuzə Abbasova, Məleykə Bayramova, Elçin Xələfov, Əlizadə Məmmədov Novruz bayramının dünya Azərbaycanlıların ən sevimli və əziz bayramlarından biri olduğunu onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyi, bu bayramın zəngin ənənələrinin yaşatdığını bildiriblər. Çıxışlarda Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə edilmiş, Novruz bayramının həm azərbaycanlılar həmdə ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə maşahidə olunduğunu bildirərək, həmin ənənələr barədə tədbir qonaqlarına danışılmışdır.
Tədbirin sonunda Fakültənin 1-ci kurs tələbəsi Fatimə Əhmədova çıxış edərək Novruz bayramı haqqında fikirlərini bölüşmüş, fakültə tələbələrinin adından öz təbriklərini çatdırmışdır.
