Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovla “Gənclər Üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir
23/04/202123 aprel 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovla “Gənclər Üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.
Açılış nitqi ilə çıxış edən fakültənin dekanı Əmir Əliyev ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olduğunu qeyd etmişdir. O, öz çıxışında bu uğurlardan ölkəmizin gənclərinə də pay düşdüyünü, vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olduğunu, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirdiyini vurğulamışdır.
Görüş zamanı Fərid Cəfərov tərəfindən Gənclər Fondunun fəaliyyəti çərçivəsində gənclər üçün imkanlar, həyata keçirilən layihələr, təhsil xərclərinin maliyyələşdirilməsi, qrant müsabiqələri, beynəlxalq təşkilatların təcrübə proqramlarında və tədbirlərində iştirakın dəstəklənməsi kimi mövzular barəsində məlumat verilmiş, gənclərin sualları cavablandırlmışdır. Ümumilikdə vebinarda 350-dən çox gənc iştirak etmişdir.
