Bakıda elm festivalı keçirilir
11/11/2014Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Bakı Elm Festivalı-2014"ün açılışı olub.
Festival AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azercell"in sponsorluğu ilə keçirilir. Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Azərbaycanda ilk dəfə keçirilən Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin, elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb.
Bakı Elm festivalında Bakı Dövlət Universiteti də iştirak edib. Cari il ərzində Hüquq fakültəsi professor heyətinin müəllifi olduğu bir sıra dərslik və dərs vəsaiti də sərgidə nümayiş olundu.
![]() |
![]() |
![]() |
