BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həkarlar Təşkilatının birgə hesabatı
07/05/2015BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həkarlar Təşkilatının birgə hesabat toplantısı keçirildi. Tədbirdə tələbələrlə yanaşı Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyev, bakalavriat tədris pilləsi üzrə dekan müavini dos. Cabir Quliyev, beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini Gülnaz Ələsgərova, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini Aytəkin İbrahimova, müəllimlər- dos. Ərəstun Qasımov və h.ü.f.d. Sübhan Əliyev də iştiraş etdilər. Tədbirdə hər üç təşilatın nümayəndələri cari il ərzində görülən işlər haqqında hesabat verdilər. Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyev öz çıxışında bildirdi ki, fakültənin tələbələri bu il yaddaqalan uğura imza atıblar. Belə ki, Tələbə Elmi Cəmiyyətinin jurnalının ilk nəşri bu il işıq üzünü gördü. Bundan başqa, fakültənin fəal tələbələri sertifikatlarla təltif olundular.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
