BDU Hüquq fakültəsi tələbələri Vəkillər çempionatına dəvət alıb

15/04/2021

Ölkə vəkilləri dünyanı bürümüş koronavirus pandemiyasına rəğmən sağlam həyat tərzinin təbliğ və təşviqinə davam edirlər. Belə ki, ənənəyə sadiq olaraq bu il də Vəkillərin Futbol Liqası start götürmüşdür. Bu ilki oyunlar ordumuzun və xalqımızın 44 günlük Vətən Müharibəsində qazandığı şücaətli Qələbəyə həsr edilmişdir. Bu ilki turnirə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin komandası da dəvət almışdır. Gələcəyin hüquqşünasları müsabiqədə iştirakla həm öz bacarıqlarını nümayiş etdirir, həm də gələcək həmkarları ilə yaxından tanışlıq şansı əldə edirlər. Hər həftə keçirilən oyunlarda hüquq fakültəsinin tələbələri öz əzmkar oyunlarına görə yaxşı mənada fərqlənirlər. Bu cür tədbirlərin keçirilməsi qarşılıqlı əməkdaşlıq və həvəsləndirmə baxımından olduqca əhəmiyyətlidir.  Müsabiqədə iştirak edən bütün komandalara uğurlar arzu edirik. Həvəskar turnir karantin qaydalarına uyğun olaraq, açıq havada, tamaşaçıların iştirakı olmadan keçirilir.

 

 


Müsabiqədə iştirak edən bütün komandalara uğurlar arzu edirik.

 

 

Bookmark and Share