BDU Hüquq fakültəsinin müəllimi Avropa Şurasının layihəsi üzrə təlimçidir
19/03/2018Avropa Şurasının Bakı Ofisi 2015-ci ilin yanvar ayından Avropa İttifaqının maliyyə dəstəyi ilə “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı layihə həyata keçirir. Layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıq edir. Sözügedən layihə üzrə hüquqşünaslar, hakimlər və vəkillər üçün Avropa Konvensiyasının tətbiqi ilə bağlı təlimlər keçirilir. BDU Hüquq fakültəsinin beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova da bu layihədə təlimçi qismində fəaliyyət göstərir.
