BDU Hüquq fakültəsinin tələbələrindən ibarət komanda beynəlxalq məhkəmə simulyasiyası yarşmasında iştirak edir
02/04/2018Məlum olduğu kimi, hazırda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkil etdiyi F.C.Cessapın şərəfinə təşkil olunan Beynəlxalq Hüquq üzrə Məhkəmə Simulyasiyasına dair sayca 59-cu yarışma keçirilməkdədir. Yarışmada 95 ölkədən 645 hüquq fakültəsinin komandası iştirak edir. Sözügedən tədbirdə hər il olduğu kimi Bakı Dövlət Universitetini Hüquq fakültəsinin tələbələrindən ibarət komanda təmsil edir. Tədbirdə iştirakla bağlı Bakı Dövlət Universitetinə, maliyyə dəstəyinə görə isə ABŞ-ın Azərbaycandakı Səfirliyinə, habelə “Ekvita” hüquq firması və “Grata International” hüquq şirkətinə dərin minnətdarlığımızı bildiririk.
![]() |
![]() |
