BDU magistrantları müsabiqə qalibi olublar
28/11/2015"Beynəlxalq Həbsxana İslahatları" (PRİ) təşkilatının "Vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə Komissiyanın və Penitensiar xidmətin Azərbaycanda məhbusların azad edilməsinə hazırlıq təcrübəsi" adlı dəyirmi masası keçirilib. Beynəlxalq ekspertlərin və BDU-nun hüquq fakültəsinin müəllimlərinin də iştirak etdiyi dəyirmi masada müzakirə edilən mövzuya uyğun olaraq tələbə oçerkləri qiymətləndirilib. BDU-nun hüquq fakültəsinin magistrantları - Leyla Səlimova, Mələk Əliyeva və Leyla Cəlilova müsabiqənin 1-ci, 2-ci və 3-cü yerlərini bölüşüblər. 27 oktyabr 2015-ci il tarixində Azərbaycanda məhkəmənin sınaq müddəti ilə şərti məhrumetmə ilə əlaqədar yeni alternativ sistem yaradılması probleminə həsr edilmiştələbə-magistr konkursunun yekununa dair Bakı Dövlət Universitetində professor-müəllim heyəti və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə komissiya iclası keçirilmişdir. Konkursa təqdim edilmiş işlər 100 ballıq sistemi ilə 8 kriteriya üzrə qiymətləndirilmişlər. Konkursun nəticəsinə görə I-ci mükafat Leyla Səlimova (99 bal,500$), II-ci mükafat – Mələk Əliyeva (97 bal, 400$), III-cü yer isə Leyla Cəlilovaya (91bal,300$) təqdim olunmuşdur. Konkurs BMT-nin Demokratik Fondu tərəfindən dəstəklənən “Beynəlxalq Həbsxana Reforması” (PRİ) cəmiyyətinin Tbilisi ofisində elan olunmuşdur. Konkursun nəticələrini yekunlaşdıraraq, komissiya üzvü, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru – Eldar Zeynalov qeyd etdi ki “konkursda təqdim olunmuş işlər öz-özlüyündə tələbə-magistrlərin yenilikləridir. Belə ki, Azərbaycanda bu sistemin tətbiqi, yəni həbsxanalarda məhkumların və residiv cinayətlərinin saylarının azalması prosesi yeni yaradilir”. PRİ çoxdandır ki, bu mövzu ilə məşğul olur. Artıq Tbilisi və Bakıda “dəyirmi stol arxasında” hökümət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə diskusiyalar təşkil edilmişdir. Azərbaycan höküməti tərəfindən bu mövzu aktual olaraq tanınsa da, hələlik normativ-hüquqi bazanın yaradılması prosesi başa çatmamışdır.
