BDU-nun Hüquq fakültəsi haqqında məlumat ABŞ-ın nüfuzlu hüquq dərgisində

24/10/2014

ABŞ-ın nüfuzlu Tuleyn Universitetinin hüquq dərgisində BDU-nun Hüquq fakültəsi haqqında məlumat verilib. Tuleyn Universitetinin "Tulane Lawyer" hüquq jurnalında BDU-nun Hüquq fakültəsi ilə əməkdaşlıq haqqında məqalə dərc olunub. Məqalədə artıq əldə olunmuş nailiyyətlərdən söz açılıb. Belə ki, artıq iki ildir ki, Tuleyn Universitetinin professor-müəllim heyəti BDU-nun Hüquq fakültəsində Dəniz və enerji hüququ ixtisası üzrə təhsli alan magistrantlarına 1 aylıq master klasslar keçir və BDU-nun Hüquq fakültəsinin 2 əməkdaşı artıq öz təhsillərini Tuleyn Universitetində başa vurublar.

Bookmark and Share