BDU-nun Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev 9-20 dekabr 2019-cu il tarixlərində Fransanın Milli Adminstrasiya Məktəbində keçirilmiş “Local authorities, smart cities and open government” adlı Beynəlxalq məhkəmə proqramında iştirak etmişdir

25/12/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Fransanın Paris şəhərində yerləşən Milli Adminstrasiya Məktəbinin (ingilis dilində: National School of Administration; fransız dilində: École Nationale d’Administration) dəvətinə müvafiq olaraq 9-20 dekabr 2019-cu il tarixlərində Fransanın Milli Adminstrasiya Məktəbində keçirilmiş “Local authorities, smart cities and open government” adlı Beynəlxalq məhkəmə proqramında iştirak etmişdir.

Tədbirdə dünyanın 20 dövlətindən 37 nəfər iştirak etmişdir. Burada əsas mühazirələri Fransanın tanınmış alimləri və dövlət nümayəndələri aparmışdır. Tədbir qarşılıqlı dialoq və müzakirə şəklində, o cümlədən müxtəlif məsələlərin həlli yollarının araşdırılması formasında keçmişdir. Əsas məsələ bu sahədə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi idi. Sonda təşkil olunmuş qruplardan birinin nümayəndəsi kimi professor Əmir Əliyev “Transport – Challenge of our daily life” mövzusunda prezentasiya təqdim etmişdir.

Proqramın sonunda professor Əmir Əliyev Fransanın Milli Adminstrasiya Məktəbinin müvafiq sertifikatını almışdır. Proqram mövzusunun özü hüquq təhsili üçün olduqca aktualdır. Burada nəzərdə tutulan məsələlər konstitusiya hüququ, bələdiyyə hüququ, insan hüquqları, inzibati hüquq, informasiya hüququ, beynəlxalq hüquq və s. hüquq sahələri üçün çox əhəmiyyətlidir. Bundan başqa, əldə ediləcək müvafiq məlumatlar Hüquq fakültəsində elmi araşdırmaların, hüquqi yardım təcrübəsinin və müvafiq hüquq sahələrinin inkişafı üçün olduqca zəruridir. Daha sonra, orada iştirak etmək müvafiq  xarici təhsil institutları ilə beynəlxalq əməkdaşlıq nöqteyi-nəzərindən də kifayət qədər əhəmiyyətlidir.



Bookmark and Share