BDU-nun Hüquq fakültəsinin müəllimi beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir

24/10/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, h.ü.f.d. Rəvan Səmədov 2019-cu il 10-13 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Mərkəzi Avrasiya Araşdırmalar Cəmiyyətinin 20-ci illik konfransında iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrindən, habelə beynəlxalq hüquq müdafiə təşkilatlarından 300-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans Corc Vaşinqton Universitetində təşkil olunmuşdur. Rəvan Səmədov Konfransın Avrasiya məkanında hüquqi məsələlərə həsr olunmuş sessiyasında “Beynəlxalq normalarının Azərbaycan milli hüquq sistemində statusu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində beynəlxalq hüquq normalarının, beynəlxalq müqavilələrin milli qanunvericilikdə yeri, onların hüquqi qüvvəsi, habelə insan hüquqlarına dair beynəlxalq sazişlərin Azərbaycan Konstitusiyasına əsasən xüsusi çəkisi, o cümlədən ratifikasiya olunmuş sənədlərin implementasiyasının hüquqi tənzimlənməsi kimi məsələləri təhlil etmişdir. Məruzə maraqla qarşılanmışdır. Rəvan Səmədov məruzəsi ilə əlaqədar ona verilən sualları ətraflı cavablandırmışdır.

Bookmark and Share