BDU-nun Hüquq fakültəsinin müəllimi Böyük Britaniyada qısamüddətli araşdırma aparıb

19/07/2017

BDU-nun Hüquq fakültəsinin Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini, İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova Böyük Britaniyanın Oksford şəhərində Annenberq-Oksford Media Siyasəti Yay İnstitutunda qısamüddətli araşdırma aparıb. Araşdırma zamanı informasiya hüququnun müxtəlif aspektlərinə dair tədqiqat aparan Gülnaz Ələsgərova nəzəri və praktiki məsələlərin öyrənilməsində yaxından iştirak edib. Sonda G.Ələsgərova Pensilvaniya Universitetinin Annenberq Kommunikasiya İnstitutu və Oksford Müqayisəli media hüququ və siyasəti Proqramının birgə sertifikatı ilə təltif edilib.

Qeyd edək ki, Qlobal Kommunikasiya Elmləri Mərkəzi müqayisəli media hüququ və siyasətinə dair  beynəlxalq təhsil və təlim sahəsində aparıcı mövqeyə malikdir. Mərkəzin əsas tədqiqat istiqamətləri KİV, media və demokratiya, KİV-in inkişafı proqramlarının monitorinqi və qiymətləndirilməsi, ictimai radio-televiziya xidməti, münaqişə və münaqişədən sonrakı mühitdə medianın rolunun öyrənilməsidir.

Bookmark and Share