BDU-nun Hüquq fakültəsinin müəllimi Ukraynada keçirilən konfransda iştirak edib
11/07/2017- 5-6 iyul 2017-ci il tarixlərdə Ukraynanın Kiyev şəhərində “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə Kiyev Hüquq İnstitutunda keçirilən bu beynəlxalq tədbirdə Bakı Dövlət Universitetini Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Azər Səfərov təmsil edib. Tədbirdə əqli müəlkiyyət hüququnun müdafiəsinin beynəlxalq və milli-hüquqi aspektlərinə dair müxtəlif məsələlər müzakirə olunub. A.Səfərov “Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsində görülən işlər” mövzusunda məruzə ilə çıxış edib.
