BDU-nun rektoru 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə universitet müəllimlərini təbrik edib

05/10/2017

Əziz  müəllimlər!

Bütün xalqımız üçün əziz bayramlardan biri olan Müəllim günü münasibətilə sizi təbrik edirəm! Siz  çətin  və şərəfli  vəzifəni fədakarlıqla yerinə yetirərək Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün daim çalışırsınız. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır. Peşəsinə mənəvi məsuliyyətlə yanaşan bütün müəllimlərə bu nəcib missiyanı yerinə yetirməkdə uğurlar arzulayıram! Bayramınız mübarək!

Bookmark and Share