BP-in Hüquq şöbəsinin nümayəndələri ilə Hüquq fakültəsinin tələbələri arasında görüş keçirildi
01/03/20131 Mart 2013-cü il tarixində keçirilmiş görüşdə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, BP şirkətinin Hüquq şöbəsinin müdiri David V.C.Qrant və Hüquq şöbəsinin hüquqşünası Toğrul Əhmədov, Amerika Hüquqşünaslar Assosiasiyasının Beynəlxalq Dəniz və Enerji hüququ proqramı üzrə koordinatoru Mari Tomson, Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov, Hüquq fakültəsinin 4-cü kurs tələbələri və ingilis dilində təhsil alan tələbələr iştirak etdilər.
Görüşdə Beynəlxalq neft şirkətlərində hüquqşünaslıq karyerası barədə müzakirələr aparılmışdır. Həmçinin, növbəti tədris ilindən etibarən "Dəniz və Enerji hüququ" ixtisaslaşması üzrə təhsil alacaq magistranların BP-də təcrübə keçmələri barədə razılıq əldə edilmişdir.
