BQXK magistr tələbələr üçün beynəlxalq humanitar hüquq üzrə təlim təşkil etmişdir
25/11/2016Beynəlxalq Qrımızı Xaç Komitəsinin Bakı ofisinin dəstəyi ilə Hüquq fakültəsinin bir sıra tələbələrinə Beynəlxalq humanitar hüquqa giriş üzrə təlim keçirildi. Təlimi BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional hüquq məsləhətçisi Anastasiya Kuşleyko aparmışdır. Təlimdə beynəlxalq humanitar hüququn yaranma tarixi, bu sahədə beynəlxalq qanunvericilik və BQXK-nın fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
