Bu gün "Gücümüz Həmrəyliyimizdədir" adlı online tədbir keçirilmişdir

31/12/2020

30.12.2020-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Gücümüz Həmrəyliyimizdədir" adlı Online Tədbir keçirilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Fakültənin dekanı professor Əmir Əliyev tədbiri açıq elan edərək, Dünya Azərbaycanlıların Həmrəylik Günü və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbələr münasibətilə iştirakçıları təbrik edib. Vətən Müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan Ə.Əliyev Milli Qəhərəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin daim əziz tutulacağını qeyd edib. Dekan müavinləri dosent Aytəkin İbrahimova, dosent Cabir Quliyev, dosent Toğrul Vəliyev mövzunun mahiyyəti barəsində fikirlərini bildirərək, gələcək imtahan sessiyasında tələbələrə uğurlar arzulamışdır. Daha sonra Fakültə Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə iştirakçıları Həmrəylik Günü münasibətilə təbrik edərək, mövzu ətrafında çıxış etmişdir. Tədbirdə fakültənin tələbələri, İlkin İmanli, Cavid Mirzəzadə və Siyavuş Bağırovun çıxışları baş tutmuşdur.

 

 

Bookmark and Share