Bu gün Hüquq fakültəsində Elmi Şuranın növbəti onlayn iclası keçirilmişdir.

05/02/2021

Bu gün Hüquq fakültəsində Elmi Şuranın növbəti onlayn iclası keçirilmişdir. İclasda fakültə dekanın, dekan müavinlərinin və Şura üzvlərinin çıxışları baş tutmuşdur.  Elmi işlər üzrə və tədris işləri üzrə dekan müavinləri imtahan sessiyasının nəticələri, buraxılış kursların istehsalat təcrübəsi ilə bağlı, eyni zamanda növbəti semestrə hazırlıq, dərs cədvəlləri barədə Şura üzvlərinə ətraflı məlumat vermişlər.

Daha sonra sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini 2020/2021-ci tədris ilinin birinci yarımili üzrə həyata keçirilmiş tədbirlər barədə hesabatı təqdim etmiş, tədris ilinin ikinci yarımili üçün keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində isə məlumat vermişdir. Fakültə dekanı professor Əmir Əliyev Şura üzvlərinin diqqətini fakültənin beynəlxalq əməkdaşlığına yönəldərək bağlanmış ikitərəfli müqavilələrdən bəhs etmişdir. Belə ki, dekan bildirmişdir ki, 21.09.2020-ci il tarixində BDU və Əl-Fərabi adına Qazax Milli Universiteti arasında Hüquqşünaslıq fakültəsində “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı üzrə kadr hazırlığı sahəsində müqavilə imzalanmış, 24.09.2020-ci il tarixində isə BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramının həyata keçiriləcəyi ilə bağlı tədbir keçirilmişdir. Vətən müharibəsi dövründə erməni təxribatları ilə bağlı İnsan hüquqları  və  informasiya  hüququ  UNESCO  kafedrasının təşəbbüsü ilə dünya üzrə bütün UNESCO  kafedralarına (830-a yaxın kafedra) müraciət  ünvanlamışdır. Bundan başqa 29.10.2020-ci il tarixində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərliyi ilə Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlanması üzrə yeni bir layihəyə başlamışdır.

 

Sonda fakültə elmi katibi 2020/2021-ci tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planının təsdiqini şura üzvlərinə təqdim etmişdir.  Şura üzvləri ikinci yarımilin iş planını yekdilliklə təsdiqləmiş, cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

Bu gün Hüquq fakültəsində Elmi Şuranın növbəti onlayn iclası keçirilmişdir. İclasda fakültə dekanın, dekan müavinlərinin və Şura üzvlərinin çıxışları baş tutmuşdur. Elmi işlər üzrə və tədris işləri üzrə dekan müavinləri imtahan sessiyasının nəticələri, buraxılış kursların istehsalat təcrübəsi ilə bağlı, eyni zamanda növbəti semestrə hazırlıq, dərs cədvəlləri barədə Şura üzvlərinə ətraflı məlumat vermişlər.

Daha sonra sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini 2020/2021-ci tədris ilinin birinci yarımili üzrə həyata keçirilmiş tədbirlər barədə hesabatı təqdim etmiş, tədris ilinin ikinci yarımili üçün keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində isə məlumat vermişdir. Fakültə dekanı professor Əmir Əliyev Şura üzvlərinin diqqətini fakültənin beynəlxalq əməkdaşlığına yönəldərək bağlanmış ikitərəfli müqavilələrdən bəhs etmişdir. Belə ki, dekan bildirmişdir ki, 21.09.2020-ci il tarixində BDU və Əl-Fərabi adına Qazax Milli Universiteti arasında Hüquqşünaslıq fakültəsində “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı üzrə kadr hazırlığı sahəsində müqavilə imzalanmış, 24.09.2020-ci il tarixində isə BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramının həyata keçiriləcəyi ilə bağlı tədbir keçirilmişdir. Vətən müharibəsi dövründə erməni təxribatları ilə bağlı İnsan hüquqları informasiya hüququ UNESCO kafedrasının təşəbbüsü ilə dünya üzrə bütün UNESCO kafedralarına (830-a yaxın kafedra) müraciət ünvanlamışdır. Bundan başqa 29.10.2020-ci il tarixində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərliyi ilə Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlanması üzrə yeni bir layihəyə başlamışdır.

Sonda fakültə elmi katibi 2020/2021-ci tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planının təsdiqini şura üzvlərinə təqdim etmişdir. Şura üzvləri ikinci yarımilin iş planını yekdilliklə təsdiqləmiş, cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

Bookmark and Share