Dəniz və Enerji hüququ adlı magistratura programının təqdimatı
07/03/2013
Hüquq fakültəsində 7 mart 2013-cü il tarixində "Dəniz və Enerji hüququ" üzrə yeni yaradılmış magistratura ixtisasının təqdimatı keçirildi. Təqdimatda Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Amerika Hüquqşünaslar Assosiasiyasının Beynəlxalq Dəniz və Enerji hüququ proqramı üzrə koordinatoru Mari Tomson, Hüquq fakültəsinin müəllimi Hüseyn Əliyev, Hüquq fakültəsinin tələbələri iştirak etmişdir.
Qeyd edək ki, bu program Bakı Dövlət Universiteti, ABŞ-ın Tulane Universitetinin birgə əməkdaşlığı və ABŞ-in Beynəlxalq İnkişaf Agentliyi və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə yaradılmışdır. "Dəniz və enerji hüququ" adlı magistratura programı bu sahə üzrə yeni hüquqşünas kadrların hazırlanmasında aparıcı program olacaqdır.
"Dəniz və enerji hüququ" magistratura programı üzrə tədris iki il müddətində və ingilis dilində aparılacaqdır. Programa qəbul prosesi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının magistraturaya qəbul üçün müəyyən etdiyi qaydalara əsasən aparılacaqdır. Qəbul qaydaları və daha etraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
UĞURLAR!
