Elan: 2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu

06/04/2021

2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 10 aprel 2021-ci il tarixində, saat 11:00-da “Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə” mövzusunda, Bakı Dövlət Universitetinin bakalavr, Renmin Universitetinin magistr məzunu, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq məsləhətçisi, Bakı Dövlət Universitetinin Korporativ Hüquq və İdarəetmə fənni üzrə müəllimi, doktorant Fərahim Hüseynzadənin təqdimatında baş tutacaqdır.

Foruma qatılmaq üçün https://us02web.zoom.us/j/4686216164... linkindən istifadə edə bilərsiniz. Giriş üçün Passcode “ldf”dir.

Forumun nəzəri hissəsində çirkli pulların yuyulması (PL), terrorçuluğun maliyyələşdirilməsi (TM), kütləvi qırğın silahlarının anlayışı və sözügedən anlayışların hüquqi sənədlərdə təsbiti, eləcə də beynəlxalq səviyyədə maliyyə cinayətləri ilə mübarizə tədbirləri, maliyyə institutlarının PL/TM mübarizə sahəsindəki rolu və risk əsaslı yanaşmanın tətbiqinə dair mövzular barədə məlumat veriləcək.

Forumun praktiki hissəsində isə eyniləşdirmə tədbirlərinin həyata keçirilməsinə və şübhəli əməliyyatların maliyyə institutları tərəfindən bildirilməsinə dair yerli və beynəlxalq hüququn normalarının tətbiqi imkanları ətrafında müzakirələr aparılacaq.

Bookmark and Share