Elan:Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri arasında “Qarabağ Azərbaycandır!” adlı ESSE müsabiqəsi təşkil edilir!

12/10/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər, Tələbə Həmkarlar Təşkilatlarının birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri arasında “Qarabağ Azərbaycandır!” adlı ESSE müsabiqəsi təşkil edilir!

Yazılan esselər Azərbaycan dilində, Times New Roman 14 şirfti ilə, 1.5 aralıqla yazılmalı, ".doc" və ya ".word"  formatında göndərilməlidir. Essenin həcmi 3-5 səhifə aralığında olmalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, qrup nömrəsi) essenin adından yuxarıda, sağ tərəfdə və tünd hərflərlə qeyd edilməlidir. Essedə Beynəlxalq, Beynəlxalq Humanitar və əlaqələli hüquq sahələri üzrə əsaslandırmalar aparılmalıdır. Müsabiqənin qaliblərinə: 2 və 3 cü yerlərə sertifikatlar, 1-ci yerin qalibinə isə diplom təqdim ediləcəkdir.

Tərtib edilən esselər 10 NOYABR tarixinədək essaycompetition.bsulaw@outlook.com elektron poçt ünvanına göndərilməlidir.

Bookmark and Share