ELM İCTİMAİYYƏTİNİN, HÜQUQŞÜNASLARIN VƏ MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ!!!

29/03/2018

31 mart 2018-ci il, saat 11:00-da Park İnn otelinin Dan ulduzu zalında BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin müəllifi olduğu və Azərbaycan, fransız, ingilis, rus, türk dillərində nəşr edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı keçiriləcək.
Kitab 31 Mart – Azərbaycanlıların soyqırımı gününə, həmçinin Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan tərəfindən davam etdirilən beynəlxalq cinayətlərin qurbanlarının əziz-unudulmaz xatirəsinə həsr edilib. 
Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə baş tutacaq.

Bookmark and Share