Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq
02/10/2010“Erməni məsələsi” ilə bağlı ən aktual tarixi və çağdaş  problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi  proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan  dövlətinin və erməni diasporasının xarici ölkələrdə Azərbaycana və Türk  dünyasına qarşı apardığı ideoloyi- təxribati fəaliyyətlər, onların   qarşısının alınması tədbirlərini həyata keçirilməsi üçün belə bir  mərkəzin yaradılmasına ciddi ehtiyac var. 
 Qeyd edək ki, erməni  saxtakarlıqlarının ifşasına həsr olunmuş tədbirlərin birində BDU-nun  rektoru, akademik Abel Məhərrəmov bildirmişdi ki, erməni vəhşiliklərinin  və saxtakarlıqlarının miqyası o qədər genişdir ki, onları elmi  müstəvidə analiz edib elmi nəticələr çıxarmağa ehtiyac vardır. Rektor  BDU-da belə bir Elmi Mərkəzə ehtiyac olduğunu vurğulamış və onun  yaradılmasnda və sistemli fəaliyyətində qərarlı olduqlarını da qeyd  etmişdi.
İndi bu aparıcı təhsil ocağında belə bir Mərkəzin yaradılması,  şübhəsiz ki, cəmiyyətimizdə olan müəyyən boşluğu aradan qaldıracaq. Həm  ölkə içində, həm də xarici ölkələrdə “erməni məsələsi” nin əsl  mahiyyətini, müəyyən tarixi dövrlərdə Qərb dövlətlərinin missioner  fəaliyyətlərini, Anadolu və Cənubi Qafqazda günddükləri məqsədləri, bir  Ermənistan  dövləti yaratmaq planlarını və nəhayət tarixi Azərbaycan  torpaqları içərisində bu planın gerçəkləşməsini elmi cəhətdən analiz  edilərək bütün incəlikləri ilə araşdırılıb ortaya qoyulacaq. Mərkəzin  fəaliyyəti nəticəsində erməni terrorunun xarakteri açılacaq, ermənilərin  törətdikləri cinyətlərin xronologiyasi hazırlanacaq. 
 Bu işi görmək  üçün erməni dilini bilən araşdırmaçıları Mərkəzin ətrafında toplamaq və  ümumi bir konsepsiya hazırlayaraq həyata keçirmək nəzərdə tutulub.
Yüzillər boyu müxtəlif ölkələrdə təşkilatlanmış Erməni diasporu tərəfəndən Azərbaycana və Türkiyəyə qarşı düşünülmüş təxribarların aparılması və tarixdə baş verən hadisələrin bir qayda olaraq saxtalaşdırılması, dövlətimizə və millətimizə qarşı əsassız iddiaların irəli sürülməsi və böhtanların atılmasınin bir sistem şəklini aldığı bir dövrdə Ermənistanda və işğal altında olan Dağlıq Qarabağda baş verən hadisələrə düzgün qiymət vermək və nəticələr çıxarmaq üçün BDU-nun Erməni Araşdırmaları Elmi- Mərkəzini əsil elmi- strateji, sosioloji araşdırma obyektinə çevirmək planlaşdırılır, gələcəkdə bu sahədə çalışmaq üçün mütəxxəssis hazırlanmasına da diqqət ayrılacaq.
Bu gün Ermənistanda baş verən proseslərin öyrənilməsi və elmi  cəhətdən tədqiq edilməsi də Mərkəzin əsas fəaliyyət istiqamətlərindən  olacaq, bu  terrorçu dövlətin işğalçı xarakterini, təxribat və  saxtakarlıqlarını istər ölkə içində, istərsə də xarici ölkələrdə  keçirilən  simpozium , konfrans və digər tədbirlərdə ifşa etmək,  Azərbaycanın haqlı mübarizəsində dövlətimizin mövqeyini peşəkarlıqla  müdafiə etmək üçün Mərkəzə bu işin mütəxəssisləri, xüsusən erməni dilini  bilən şəxslər cəlb edələcək.  
 Mərkəz ermənidilli mətbuatda,  internet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, “Şant TV”,  “USArmenia TV”, Yerkir- Media TV ve b.) gedən yazıları sistemləşdirəcək,  bunların əsasında analitik yazılar hazırlayacaq, araşdırmalar aparacaq.  Ermənilik ideologiyasının əsil  mahiyyətini , onun təxribatçı  xarakterini sistemli şəkildə öyrənmək və ifşa etmək əsas  məqsədlərdəndir. Mərkəzin  ayrıca saytı yaradılacaq, elmi jurnalı nəşr  ediləcək,  bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan  məqalələr   müxtəlif dillərə tərcümə edilərək sayta yerləşdiriləcək  və  yayılacaqdır. 
 BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzinə  araşdırmaçı-jurnalist Qafar Çaxmaqlı rəhbərlik edəcək. 
Mətbuat və informasiya şöbəsi
 
			






