Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının “Hüquq Jurnalı”nın (Student Youth Organization Law Review) Xüsusi Buraxılışı
20/06/2020“Hüquq Jurnalı” ilk dəfə olaraq 2019-cu ildən etibarən Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən nəşr edilməyə başlayan, tələbələrin araşdırma, hüquqi təhlil, akademik hüquqi yazı yaza bilmə bacarıqlarının inkişaf etdirilməsinə yönələn və Hüquq fakültəsi tələbələrinin hüququn müxtəlif sahələrinə dair yazmış olduqları elmi məqalələrin toplandığı tələbə jurnalıdır. “Hüquq Jurnalı”na Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr dərəcəsində təhsil alan tələbələrlə yanaşı, magistratura və doktorantura pilləsində təhsil alan tələbələr, digər Ali Təhsil Müəssisələrinin Hüquq fakültələrində təhsil alan tələbələr, o cümlədən peşəkar hüquqşünaslar və müəllimlər də məqalələrini göndərə bilərlər. Qeyd olunan tarixədək qəbul edilən məqalələr Jurnalın redaksiya heyəti tərəfindən yoxlanılır, məqalə müəllifinə təkliflər və tövsiyələr verməklə düzəlişlər edilir və sonda rəsmi nəşr edilir. Jurnalları yükləmək üçün:
Fevral 2020
May 2020
