Hüquq fakültəsi və Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELI) və ABŞ-ın Beynəlxalq İnkişaf agentliyi arasında görüş
11/09/2012Hüquq fakültəsi və Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELI) və ABŞ-ın Beynəlxalq İnkişaf agentliyi (USAID) arasında görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd Hüquq fakültəsinin müəllim heyətinin təkmilləşdirilməsi üzrə treyninqlərin keçirilməsində və kurrikulumun inkişaf etdirilməsində əməkdaşlığın gücləndirilməsini müzakirə etmək idi. Amerika Hüquqşünaslar Assosiasiyasını (ABA CEELI) görüşdə Ölkə üzrə Direktor Robert Ştir, həmçinin Mişel Breydi və Pərvanə Bayramova, ABŞ-ın Beynəlxalq İnkişaf agentliyini (USAID) isə Bakı Ofisinin Demokratiya və İdarəçilik üzrə Direktoru Ronald Glass, həmçinin Aynur Yusifova təmsil edirdi.
