Hüquq fakültəsində ağır itki
05/12/2012Respublikamızın hüquq ictimaiyyətində ağır itki baş verib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru Kamilə Qiyas qızı Sarıcalinskaya 3 Dekabr 2012-ci il tarixində vəfat etmişdir.
Kamilə Qiyas qızı Sarıcalinskayanın kriminalistika və məhkəmə ekspertizası elminin inkişafında xüsusi xidmətləri olmuşdur. O, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının yaradıcısıdır. K.Q.Sarıcalinskaya kriminalistikanın cinayət-prosessual qanunvericiliyin inkişafına təsir imkanlarına dair, Azərbaycan Respublikasının Cinayət-Prosessual hüquq sahəsinin tədqiqinə dair seçilmiş əsərlərin və dərs vəsaitlərinin də müəllifidir.
Hüquq fakültəsinin dekanlığı və professor-müəllim heyəti adından məhrumun ailəsinə öz kədərimizi bildirir və dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Hüquq fakültəsinin dekanı professor Ə.İ.Əliyev
