Hüquq fakültəsində Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümünə hərs edilmiş konfrans keçirilmişdir
27/12/201123 dekabr 2011-ci il tarixdə Hüquq fakültəsində Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümünə hərs edilmiş «MÜSTƏQİLLİYİMİZİN İYİRMİNCİ İLİ: AZƏRBAYCAN HÜQUQ ELMİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ» mövzusunda Respublika Elmi-praktik konfransı keçirilmişdir. Konfransda Hüquq fakültəsinin dekanı, prof. Ə.İ. Əliyev “Azərbaycan Respublikasında insan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlar”, “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor M.F. Məlikova “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin hüquqi əsasları”, “Cinayət hüququ və kriminologiya” kafedrasının müdiri, h.e.d., prof. F.Y. Səməndərov “Qanunçuluq və hüquq elminin inkişaf istiqamətləri”, Azərbaycan Milli Aviasiya Akademiyası “Hüquqşünaslıq” kafedrasının müdiri, h.e.d., prof. İ.O. Quliyev “Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin hüquqi əsasının təkmilləşdirilməsi”, Ukrayna Dövlət Vergi Xidməti Milli Akademiyasının professoru, h.e.d. L.D. Timçenko “Международно-правовые вопросы сотрудничества между Украиной и Азербайджанской Республикой”, Ukrayna Milli Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun şöbə müdiri, Ukrayna Milli Elmlər Akademiyasının müxbir-üzvü, h.e.d., prof. V.N. Denisov “Современное состояние развития конституционного права в соотношении с международным правом”, Krakov Universitetinin professoru, h.e.d. A.A. Merejko «Международное частное право в системе права» mövzusunda çıxış etmişlər. Konfrans seksiyalar üzrə davam etmişdir.
