Hüquq fakültəsində Elmi Şuranın İclası keçirilmişdir

03/10/2013

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Elmi Şuranın 2013-2014-cü tədris ili üçün ilk iclası keçirilmişdir.

İclasda BDU-nun rektoru akademik Abel Məhərrəmov da iştirak etmişdir. Fakültə Elmi Şurasının iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

Fakültə Elmi Şurasının hesabatı
Yay məktəbinin nəticələrinin müzakirəsi

Iclasda “Cinayət hüququ və kriminologiya” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rafiq Quliyevin 65 illik yubileyi də qeyd edilmişdir.

Bookmark and Share