Hüquq fakültəsində gender və məişət zorakılığı haqqında maarifləndirmə tədbiri
12/03/201312 mart 2013-cü il tarixində Fakültəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Azərbaycan Respublikası Qanunları ilə bağlı maarifləndirmə" mövzusunda tədbiri keçirilmişdir. Tədbir Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və "Gənc Hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda" Qeyri Hökumət Təşkilatının ilə birgə Tədbirlər Planına əsasən həyata keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd Hüquq fakültəsinin tələbələrini gender və məişət zorakılığına haqqında Azərbaycan Respublikasının qanunvericiliyi barədə maarifləndirməkdir.
Tədbirdə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev gender və məişət zorakılığını haqqında Azərbaycan Respublikasının Qanunlarından və onun qarşısının alınması haqqında fəaliyyət tədbirlərindən bəhs etmişdir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Azərbaycanda Gender bərabərliyinin təmin edilməsi və Məişət zorakılığına qarşı mübarizə" barəsində, Gənc Hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda Qeyri Hökumət Təşkilatının sədri Şəfa Camalzadə "Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu" barəsində, Gənc Hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda Qeyri Hökumət Təşkilatının təsisçisi Sevinc Əliyeva "Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Rüespublikasının Qanunu" barəsində çıxış etmişdirlər.
