Hüquq fakültəsində kompüter otağının açılış mərasimi
30/11/2012Noyabr ayının 30-da Bakı Dövlət Universitetinin Hüquq fakültəsində yeni kompüter-informasiya otağının açılışı olmuşdur. Açılışda Universitetin rektoru akademik Abel Məhərrəmov başda olmaqla, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor professor İradə Əliyeva, elm və innovasiyalar üzrə prorektor professor Aydın Kazımzadə, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor professor Sani Hacıyev, inzibati-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı, Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Hüquq fakültəsinin kafedra müdirləri və digər fakültələrin dekanları iştirak etmişdirlər.
Hüquq fakültəsində ilk dəfə yaradılmış kompüter otağı yeni kompüter və avadanlıqlarla yüksək səviyyədə təchiz edilmiş, artıq müəllimlərin və tələbələrin tam istifadəsinə verilmişdir. Rektor akademik Abel Məhərrəmov kompüter otağının hazırlanmasında göstərdiyi böyük təşəbbüs və əməyə görə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev başda olmaqla, bütün fakültə üzvlərinə, həmçinin texniki heyətə öz təşəkkürünü bildirdi. Öz çıxışında milli hüququn beynəlxalq hüquqa inteqrasiyasının vacibliyini vurğulayan akademik Abel Məhərrəmov Hüquq fakültəsinin kompüter arxasında əyləşən tələbələrinə müraciət edərək otaqda quraşdırılmış kompüterin onların universitet daxilində lazım olan informasiyanı daha rahat şəkildə əldə etmələrinə töhvə verəcəyini və onlara müvəffəqiyyətlər arzu etdiyini bildirmişdir.
Daha sonra çıxış edən Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev kompüter-informasiya otağının fakültə üçün əhəmiyyətini vurğulamış və otağın yaradılmasında xüsusi xidmətləri olmuş universitet rəhbərliyinə, xüsusən də, akademik Abel Məhərrəmova öz təşəkkürünü bildirmişdir.
