Hüquq fakültəsində Müdafiə otağının açılış mərasimi

13/06/2013

Bügun Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun iştirakı ilə Hüquq fakültəsində "Müdafiə Otağı"nın açılış mərasimi keçirilmişdir. Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Hüquq fakültəsinin kafedra müdirləri və digər əməkdaşları da mərasimdə iştirak etmişdirlər.

"Müdafiə otağı" fakültədə buraxılış və dissertasiya işlərinin müdafiəsi üçün təşkil edilmişdir. Otaq əsaslı şəkildə təmir edilmiş və müdafiə üçün lazim olan müasir avadanlıqlar quraşdırılmışdır.

Rektor akademik Abel Məhərrəmov "Müdafiə otağı"nın yaradılmasında göstərdiyi təşəbbüsə görə professor Əmir Əliyev başda olmaqla bütün fakültə əməkdaşlarına və universitetin texniki rəhbərliyinə öz təşəkkürünü bildirdi. Akademik Abel Məhərrəmov gələcək müdafiəsi olan tələbə və magistrantlara, doktorantlara müvəffəqiyyətlər arzu etdi.

 

 



Bookmark and Share