Hüquq fakültəsində sənədli filmin nümayişi ilə əlaqədar təlim keçirildi
10/12/201210 dekabr 2012-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Beynəlxalq insan hüquqları günü ilə əlaqədar Amerika Hüquqşünaslar Assosiasiyanın “İnsan alveri sahəsində maarifləndirmə və hüquq-müdafiə təşəbbüsü layihəsi” çərçivəsində hazırlanmış “İnsan alveri nədir?” mövzusunda sənədli filmin nümayişi olmuşdur. Nümayişdən sonra filmlə bağlı diskussiyalar aparılmışdır.
Təlimdə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, dekan müavinləri hüquq üzrə fəlsəfə doktoru dosent Cabir Quliyev və hüquq üzrə fəlsəfə doktoru Toğrul Vəliyev, Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisifinin rəhbəri Robert Stir, Amerika Hüquqşünaslar Assosiasiyasının nümayəndələri Mişel Bredi və Pərvanə Bayramova, Hüquq fakültəsinin müəllim və tələbələri daxil olmaqla maraqlı şəxslər iştirak etmişdirlər.
Daha sonra Hüquq fakültəsinin bəzi tələbələrinə 2011-2012-ci tədris ilində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin nəzdində ABA CEELİ və USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilən Hüquq klinikası programını uğurla bitirdikləri üçün Şəhadətnamə verilmişdir.
