Hüquq fakültəsində xarici qonaqlarla görüş
06/12/20126 Dekabr 2012-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Hüquq fakültəsi və ABŞ-ın Tulane Universiteti arasında niyyət Protokolunun imzalanması üçün danışıqlar aparılmışdır. Danışıqlarda BDU-nun Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Tulane Universitetinin Hüquq Fakültəsinin dekanı professor David Meyer, Tulane Universitetinin Hüquq fakültəsinin professoru Herbert Larson, Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin rəhbəri Robert Stir, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin Ədliyyə Müşaviri Erik Peterson, Amerika Hüquqşünaslar Assosiasiyasının Beynəlxalq Dəniz və Enerji hüququ proqramı üzrə koordinatoru Mari Tomson, Bakı Dövlət Universitetinin Xarici Əlaqələr üzrə dekanı Gülheyran Rəhimova, Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri professor Rüstəm Məmmədov, Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdir əvəzi dosent Əlizadə Məmmədov iştirak etmişdirlər.
Danışıqların məqsədi Bakı Dövlət Universitetinin Hüquq fakültəsində magistr pilləsi üzrə gələcək müəllim və tələbələrin hazırlığı üçün Tulane Universitetinin Hüquq fakültəsi ilə sistemli akademik əlaqə yaratmaqdır. Tərəflər arasında əməkdaşlıq aşağıdakı formada həyata keçiriləcəkdir:
1) 2013-cü ilin payızında Bakı Dövlət Universitetində Tulane Universitetinin köməyi və ya iştirakı ilə Dəniz və Enerji Hüququ üzrə magistratura proqramının yaradılması;
2) Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin gənc müəllimləri və tələbələri üçün Tulane Universitetində magistratura proqramında iştirak və istədikləri halda, klinika proqramlarının müşahidə etmək;
3) Razılaşdırılmış formada müəllim mübadiləsi, proqramlar və birgə tədbirlər.
