Hüquq fakültəsində Xocalı Soyqırımının ildönümü yad edildi

23/02/2016

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçiirldi. Tədbiri açan Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyev Xocalı soyqırımının tarixindən danışdı və ona qarşı beynəlxalq səviyyədə hüquqi cavab verilməsinin vacib olmasını vurğuladı. Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədov və Cinayət hüququ və kriminologiya kafedrasının dosenti h.ü.e.d. Şəhla Səmədova soyqırım cinayətlərinin hüquqi anlayışından və tövsifindən söhbət açdılar. Hüquq fakültəsinin ikinci kurs tələbəsi Yusif Kamal Xocalı soyqırımına həsr olunmuş şeri oxuyaraq tədbir sona çatdı.

 

 

Bookmark and Share