Hüquq fakültəsində yeni magistratura ixtisası açılır
05/03/2013Əziz tələbələr!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2013-cü il tarixli qərarına əsasən, Hüquq fakültəsində "Transmilli cinayət hüququ" adlı daha bir magistratura ixtisaslaşması açılır.
Bununla da, Fakültəmizdə tədris dili ingilis dilində olan magistratura ixtisaslaşmalarının sayı 5-ə çatdı.
1. Kommersiya hüququ.
2. İnsan hüquqları.
3. Avropa hüququ.
4. Dəniz və enerji hüququ
5. Transmilli cinayət hüququ
Qeyd edək ki, Hüquq fakültəsində "Dəniz və enerji hüququ" ixtisaslaşması da 7 Dekabr 2012-ci il tarixli Protokola əsasən yaradılmışdır.
