Hüquq fakültəsinin dekanı ikinci dəfə qalib oldu
06/07/2017Facebook sosial şəbəkəsinin “BDU” səhifəsində “İlin ən yaxşı dekanı” nominasiyası üzrə ikinci açıq səsvermə keçirilib. “Fakültənin idarə olunmasındakı peşəkarlığına və tələbə kontingenti arasındakı yüksək nüfuzuna görə” keçirilən səsvermə bir ay davam edib. Universitetin tələbə və məzunlarının, eləcə də səhifə istifadəçilərinin iştirak etdiyi səsvermədə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev qalib olub. Mükafatı qalibə layihənin rəhbəri İlqar Quliyev təqdim edib. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovun təşkilati dəstəyi ilə keçirilən sosial layihə universitetin 17 fakültəsini əhatə edib.
Onu da qeyd edək ki, “İlin ən yaxşı dekanı” nominasiyası üzrə səsvermənin ötən ilki qalibləri Hüquq fakültəsinin dekanı, professor Əmir Əlyev, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov idi.
![]() |
![]() |
