Hüquq fakültəsinin dekan müavini təlimdə iştirak edib
13/10/2017Gəncə şəhərində Avropa Şurası və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı” çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi üzrə təlim keçirilib. BDU-nun Hüquq fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Aytəkin İbrahimova Avropa Şurasının eksperti kimi iştirak edib. O, dövlət qulluqçularına “Dövlət qulluğunda etik davranış” mövzusunda mühazirə oxuyaraq, real həyatda dövlət qulluqçularının üzləşdikləri problem və ziddiyyətlər, habelə onların etik çərçivədə həlli yollarını izah edib. Sonda iştirakçılara dövlət qulluğunda rastlaşdıqları çətinliklərlə bağlı müxtəlif praktiki tapşırıq nümunələri verilib və onların həlli yolları təhlil edilib.
Təlimdə Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Asan Xidməti, habelə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları və digər dövlət qulluqçuları iştirak ediblər.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Dövlət İmtahan Mərkəzi və Avropa Şurasının birgə təşkil etdiyi “Azərbaycanda yaxşı idarəçiliyin təşkili” layihəsi çərçivəsində həyata keçirilib.
