Hüquq fakültəsinin dosenti “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib
12/02/2018Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Rəna Quliyeva “Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə” Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə nişanı dosent Rəna Quliyevaya təqdim edib və ona gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, dosent Rəna Quliyeva 1975-1980-cı illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin əyani şöbəsində təhsil alıb. 1980-1985-ci illərdə Azərbaycan Respublikası Ədliyə Nazirliyində, 1985-ci ildən bu günədək Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasında işləyir. 1993-cü ildə Rusiya Federasiyası Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyanı müdafə edib, 2002-ci ildən Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti elmi adını qazanıb. 50-dən çox elmi məqalənin və 7 kitabın müəllifidir.
![]() |
