Hüquq fakültəsinin I kurs tələbələri ilə fakültədə görüş

13/09/2013

Yeni dərs ilinin başlanması ilə əlaqədar Hüquq fakültəsinin nümayəndələri ilə Hüquq fakültəsinə yeni qəbul olmuş I kurs tələbələr arasında görüş keçirilmişdir. Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, dekan müavinləri hüquq üzrə fəlsəfə doktoru Cabir Quliyev, hüquq üzrə fəlsəfə doktoru Gündüz Kərimov, hüquq üzrə fəlsəfə doktoru Toğrul Vəliyev və dekanlığın digər əməkdaşları iştirak etmişdirlər.

Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev I kurs tələbələrini təbrik edib, onlara tədris prosesində müvəfəqiyyətlər arzu etmişdir. Professor Əmir Əliyev tələbələrə Hüquq fakültəsi barədə ətraflı məlumat vermişdir. Eyni zamanda Fakültənin tarixi, strukturu, kafedraları, nailiyyətlərindən bəhs edən təqdimat nümayiş etdirilmişdir.

Hüquq fakültəsinin əməkdaşı Aytəkin İbrahimova tələbələrə təhsil alacaqları baloniya prosesi ilə bağlı ərtaflı informasiya vermişdir.




 

Bookmark and Share