Hüquq fakültəsinin kitabxanasına almanca yeni dərs vəsaitləri daxil olmuşdur
12/10/2015Hüquq fakültəsinin kitabxanasına almanca 25 yeni kitab daxil olmuşdur. Almaniyanın Vürzburq Universitetindən Avropa əsas azadlıqları və fundamental hüquqlar, Avropa hüququ, Avropa cinayət hüququ, Aİ-nin siyasəti, Avropa konstitusiya hüququ, Aİ-nin xarici siyasəti, Avropa iqtisadi hüququ üzrə 25 ədəbiyyat daxil olmuşdur. Maraqlanan tələbələr kitabxanaya yaxınlaşa bilər.
