Hüquq fakültəsinin əməkdaşları Türkiyənin Özyeyin Universitetində
03/05/20132013-cü il 2-3 may tarixlərində Türkiyənin İstanbul şəhərində Bakı Dövlət Universiteti, Özyeyin Universiteti və Qafqaz Universiteti tərəfindən “Mülkiyyət hüququnun qorunması” mövzusunda III Türkiyə-Azərbaycan ənənəvi Beynəlxalq Hüquq Simpoziumu keçirilmişdir.
Qeyd olunan simpoziumda Bakı Dövlət Universitetini Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev başda olmaqla, “Mülki hüquq” kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Sərvər Süleymanlı, hüquq üzrə fəlsəfə doktoru Şükür Yusifov, “Mülki proses və kommersiya hüququ” kafedrasının müdiri, dosent Elçin Xələfov və hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev mülkiyyət hüququnun qorunması, onun müxtəlif hüquq sahələrində təsiri və təzahür formaları ilə bağlı elmi məruzələr etmişdirlər.
Qeyd edək ki, sözügedən simpozium iki ölkə arasında hüquq elminə dair birgə elmi tədqiqatların aparılması, təcrübələrin keçirilməsi və qarşılıqlı əməkdaşlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
