Hüquq fakültəsinin təcrübəsi beynəlxalq seminarda təqdim edilmişdir

01/10/2019

30 sentyabr – 1 oktyabr 2019-cu il tarixdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin müəllimi f.e.d. Məhəmməd Quluzadə “Qeyri-kommersiya hüququ fənninin tədrisi” mövzusu üzrə Almata şəhərində keçirilən beynəlxalq seminarda iştirak etmişdir. Seminarda ABŞ, İrlandiya, Argentina, Rusiya, Ukrayna, Kırğızstan, Kazaxstan və digər ölkələrdən olan ali təhsil ocaqlarının nümayəndələri qeyri-kommersiya hüququnun tədrisinə dair təqdimatlar etmişlər. Tədbirin məqsədi qeyri-kommersiya hüququnu tədris etməyən ölkələrdə və universitetlərdə bu kursun yaradılmasının vacibliyi və qabaqcıl təcrübələri paylaşmaq idi. Eyni zamanda tədbirdə mövcud sillabusların təkmilləşdirilməsinə dair təkliflər irəli sürülüb.  BDU nümayəndəsi bu tədbirdə Hüquq Fakültəsində magistratura pilləsində ingilis dilində tədris edilən “İnsan hüquqları və QHT-lər” fənninin təcrübəsi, sillabusu və metodologiyası haqqında ətraflı məlumat vermiş, işçi qruplarında ekspert kimi iştirak etmişdir.

Bookmark and Share