Hüquq fakültəsinin Tədris-Metodik Şurası illik hesabatını verib
26/09/2017Hüquq fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə dekanı, professor Əmir Əliyev gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Fakültə Tədris-Metodik Şurasının sədri, professor Mayıs Əliyevin illik hesabatı dinlənilib. Professor M.Əliyev 2016-2017-ci tədris ilində fakültənin elmi nailiyyətlərindən, keçirilən beynəlxalq tədbirlərdən və fakültə əməkdaşlarının həmin tədbirlərdə iştirakından, tədris prosesinin gedişatından və Şuranın fəaliyyətindən bəhs edib. Universitet üzrə Tədris-Metodik Şuranın sədri, akademik Vasif Babazadə və başqaları fakültənin illik fəaliyyətini yüksək qiymətləndirib, mövcud problemlər və qarşıda duran vəzifələr barəsində ətraflı danışıblar. İclas cari məsələlərin müzakirəsi ətrafında davam etdirilib.
