Hüquq fakültəsinin tələbələri Almaniyada təcrübə keçməyə hazırlaşır

16/04/2013

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Avropa Hüququ üzrə ikinci kurs magistr tələbələri Qoca Qocayev, Məqsəd Hüseynov, Ceyhun Məmmədvəliyev və Aydan Rüstəmbəyova 4-26 may 2013-cü il tarixində Almaniyanın Vürçburq Universitetində təcrübə keçəcəklər. Bu təcrübə proqramı Bakı Dövlət və Vürçburq Universitetlərinin birgə həyata keçirdiyi Avropa Hüququ ikili diplom magistr proqramı çərçivəsində mümkün olmuşdur.

Bookmark and Share