Hüquq Fakültəsi ABŞ-ın Tulane Universiteti ilə əməkdaşlıq haqqında protokola imza atdı
07/12/20127 Dekabr 2012-ci il tarixində Bakı Dövlət Universitetində rektor akademik Abel Məhərrəmovun iştirakı ilə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyevlə Amerika Birləşmiş Ştatlarının Tulane Universitetinin Hüquq fakültəsinin dekanı professor David Meyer arasında niyyət protokolu imzalanmışdır.
Protokol tərəflər arasında akademik əlaqələrin inkişafına yönəlmişdir. Sözügedən protokolda Bakı Dövlət Universitetində Beynəlxalq Dəniz və Enerji hüququ üzrə magistratura programının yaradılması, universitetlər arasında müəllimlərin və tələbələrin mübadiləsi, müxtəlif proqramlar və birgə tədbirlər keçirilməsi, klinika proqramlarının müşahidəsi, tərəflər arasında gələcək əməkdaşlığın inkişafı kimi məsələlər öz əksini tapmışdır.
